Ən son tədbirlər
Cenevrədə Hindistanın Zikhlərə qarşı transmilli təzyiqlərinə qarşı mü...
13/03/2026Bakıda Neokolonializm və Qlobal Bərabərsizlik adlı konfrans keçirilib.
20/02/2026Müstəmləkəçiliyi qlobal səviyyədə əks etdirən dünyada ilk Virtual Muze...
18/02/2026Bakı şəhərində Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv s...
19/01/2026Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Belçikanın müstəmləkəçiliyi...
01/11/2025
Haqqımızda
Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının 2019-2023-cü illərdə sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda keçirilmiş “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı beynəlxalq tədbir zamanı iştirakçılar tərəfindən təsis edilmişdir.
Bakı Təşəbbüs Qrupu beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq kolonializm və neokolonializmdən əziyyət çəkən xalqların azadlıq, müstəqillik və bərabər hüquqlar uğrunda apardıqları mübarizəsinə, habelə hakimiyyət orqanları tərəfindən sıxışdırılan yerli xalqların və etnik azlıqların hüquqlarının müdafiəsinə dəstək verən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Təşkilat xalqların və yerli icmaların səslərinin beynəlxalq platformalarda eşidilməsini təmin etmək məqsədilə beynəlxalq səviyyədə əməkdaşlıq edir, tədqiqat və təşviqat fəaliyyəti aparır, həmçinin beynəlxalq hüquqa uyğun olaraq onların digər xalqlarla bərabər şəkildə ləyaqətli həyat sürməsi, təmsilçilik hüquqlarının qorunması və uzunmüddətli inkişafının təmin edilməsi istiqamətində fəaliyyət göstərir.
Təşkilatın fəaliyyəti əsasən Sakit okean və Hind okeanı regionlarını, Karib hövzəsini, Cənubi Amerikanı, Afrika qitəsini və onun ətraf bölgələrini əhatə edir. BTQ həmin ərazilərdə aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir:
- Kolonial və neokolonial siyasətlərin, eləcə də hakimiyyət orqanları tərəfindən sıxışdırılan yerli xalqların və etnik azlıqların hüquqlarının pozulması hallarının aşkar edilməsi və sənədləşdirilməsi;
- Müstəmləkəçilik siyasətinin təsirlərindən əziyyət çəkən ölkələrlə həmrəylik təşəbbüslərinin göstərilməsi;
- Müstəmləkə siyasətindən əziyyət çəkən ölkələrdə baş verən hüquq pozuntularına dair müvafiq hesabatların hazırlanması və beynəlxalq institutlara təqdim edilməsi;
- beynəlxalq konfranslar, forumlar və maarifləndirmə tədbirlərinin keçirilməsi, beynəlxalq səviyyədə ictimai məlumatlılığın artırılması;
- Beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində müstəqillik və öz müqəddəratını təyinetmə hüququ uğrunda aparılan mübarizəyə dəstək göstərilməsi;
- Post-kolonial cəmiyyətlərdə ədalətin, bərabərliyin və insan hüquqlarının təmin olunmasına dair tövsiyələr verilməsi və təkliflərin irəli sürülməsi.