Ən son tədbirlər
Cenevrədə Hindistanın Zikhlərə qarşı transmilli təzyiqlərinə qarşı mü...
13/03/2026Bakıda Neokolonializm və Qlobal Bərabərsizlik adlı konfrans keçirilib.
20/02/2026Müstəmləkəçiliyi qlobal səviyyədə əks etdirən dünyada ilk Virtual Muze...
18/02/2026Bakı şəhərində Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv s...
19/01/2026Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Belçikanın müstəmləkəçiliyi...
01/11/2025
Beynəlxalq əməkdaşlıq
Bakı Təşəbbüs Qrupu (BTQ) müstəmləkəçilik və neokolonializmə qarşı qlobal mübarizənin effektivliyini artırmaq məqsədilə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq siyasi və vətəndaş cəmiyyəti səviyyəsində beynəlxalq həmrəyliyin gücləndirilməsi, təcrübə mübadiləsinin aparılması və mövcud problemlərin beynəlxalq platformalarda gündəmdə saxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir.
BTQ BMT, Qoşulmama Hərəkatı, Cənub-Sakit Okean Forumu və digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq edərək müstəmləkəçiliyin mənfi nəticələrini diqqət mərkəzində saxlayır və bu problemlərin həlli istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir.
Yarandığı gündən etibarən BTQ qlobal dekolonizasiya hərəkatı çərçivəsində beynəlxalq səviyyədə nüfuzlu və etibarlı bir platformaya çevrilmişdir. Son iki il ərzində BTQ tərəfindən BMT-nin Nyu-York, Cenevrə və Vyana ofislərində, həmçinin Roma, İstanbul və dekolonizasiya dialoqlarının mərkəzi kimi tanınan Bakıda 40-dan çox beynəlxalq konfrans və yüksək səviyyəli tədbir təşkil olunmuşdur.
BTQ, BMT Baş Assambleyasının sessiyaları, Xüsusi Dekolonizasiya Komitəsi (C24), Baş Assambleyanın Dördüncü Komitəsi (C4), Afrika Mənşəli Şəxslərin Daimi Forumu, BMT İnsan Hüquqları Komitəsi və BMT İnsan Hüquqları Şurası ilə əməkdaşlıq çərçivəsində yan tədbirlər təşkil etmiş, həmçinin hökumətlərarası müzakirələrlə yanaşı, substantiv dialoqa mühüm töhfə vermişdir.
BTQ həmçinin müstəmləkəçiliyin təsirlərinə məruz qalmış ərazilərdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, insan hüquqları müdafiəçiləri, siyasi partiyalar və beyin mərkəzləri ilə fəal əməkdaşlıq edir, onlarla birgə tədbirlər təşkil edir və onların təşəbbüslərini dəstəkləyir.