Ən son tədbirlər
“Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsini...
23/08/2026Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər
11/07/2026ABŞ Konqresində Qərbi azərbaycanlıların qayıdış hüququna həsr olunmuş...
25/06/2026İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı tran...
03/06/2026“Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu”
21/05/2026
23/08/2026
“Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” 21 avqust 2026
Tədbirdə Belçikanın keçmiş müstəmləkələri olan və hələ də neo-kolonial təsirlərə məruz qalan Konqo Demokratik Respublikası (KDR), Ruanda və Burundidən, eləcə də Mərakeş və Cənubi Afrika Respublikasından, həmçinin BMT-dən rəsmi şəxslər iştirak edib.
Qonaqlar arasında Konqo Demokratik Respublikasının (KDR) Ombudsmanı, Konqo Parlamentinin deputatları, Ruandanın Türkiyədəki səfiri və diplomatları, BMT ekspertləri də var idi.
Konfransda həmçinin beynəlxalq hüquq, tarixi ədalətin bərpası və reparasiya məsələləri üzrə ekspertlər, tədqiqatçılar, hüquq müdafiəçiləri və s. iştirak edib.
Konfrans iştirakçıları Belçikanın Konqo Demokratik Respublikası (KDR), Ruanda və Burundi xalqına qarşı müstəmləkəçilik dövründə törətdiyi cinayətlərə görə rəsmi üzr istənilməsi və təzminat ödənməsi məsələsinin BMT, o cümlədən İnsan Hüquqları Şurasının gündəliyində irəlilədilməsi, BMT Baş Assambleyasının 60/147 saylı Qətnaməsində təsbit olunan prinsiplərə uyğun olaraq Belçikanın reparasiya və restitusiya öhdəliklərinin icrasına nəzarət edəcək beynəlxalq məcburedici mexanizmin işlənib hazırlanmasını müzakirə edib.
Tədbirdə həmçinin, Belçikanın müstəmləkə arxivlərinə tam və maneəsiz çıxışın təmin edilməsi, keçmiş müstəmləkə ərazilərindən olan mütəxəssislərin beynəlxalq ekspertlərlə bərabər proseslərə cəlb olunması, insan qalıqları və digər tarixi materialların mənşə ölkələrinə qaytarılması məsələləri diqqət mərkəzində olub.








