Ən son tədbirlər
Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər
11/07/2026ABŞ Konqresində Qərbi azərbaycanlıların qayıdış hüququna həsr olunmuş...
25/06/2026İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı tran...
03/06/2026“Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu”
21/05/2026“Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı...
19/05/2026
30/10/2025
Belçika müstəmləkəçiliyinə həsr olunmuş Konfransda iştirak edəcək alim və tədqiqatçılar Bakı Dövlət Universitetinə səfər ediblər.
Belçika müstəmləkəçiliyinə həsr olunmuş tarixi Bakı Konfransının çərçivəsində müstəmləkəçilik və yeni müstəmləkəçilik mövzularında ixtisaslaşmış alim və tədqiqatçılar Bakı Dövlət Universitetinə səfər ediblər. Onlar universitetin professor-müəllim heyəti və tələbələri ilə dərin müzakirələr apararaq “Mərkəzi Afrikada Belçika müstəmləkəçiliyi və onun ağır davamlı nəticələri” mövzusunda təsirli məruzələr təqdim ediblər.
Qonaqlar Belçikanın keçmiş müstəmləkələri — Konqo Demokratik Respublikası, Ruanda və Burundi üzərində davam edən yeni müstəmləkəçilik təsirini, bu ölkələrin həyati resurslarının amansız istismarını ifşa edərək, reparasiya tələblərinin beynəlxalq institutların gündəliklərinə daxil edilməsinin vacibliyini vurğulayıblar.





