Ən son tədbirlər
İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı tran...
03/06/2026“Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu”
21/05/2026“Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı...
19/05/2026Bakıda Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsinə həsr e...
01/05/2026Cenevrədə Hindistanın Zikhlərə qarşı transmilli təzyiqlərinə qarşı mü...
13/03/2026
03/06/2026
Azərbaycana konfransa gələn ziqhlər Atəşgahı ziyarət ediblər
2 iyun 2026-cı il tarixində Bakı Təşəbbüs Qrupu tərəfindən Atəşgah Məbədi Dövlət Tarix-Memarlıq Qoruğunda xüsusi tədbir təşkil edilmişdir. Tədbir çərçivəsində beynəlxalq konfransın iştirakçıları və xarici qonaqlar Atəşgah məbəd kompleksinə səfər etmiş, onlara abidənin tarixi, memarlıq xüsusiyyətləri, eləcə də Azərbaycan ilə Hindistan arasında əsrlər boyu formalaşmış tarixi-mədəni əlaqələr barədə ətraflı məlumat təqdim edilmişdir.
Tədbir zamanı xüsusilə vurğulanmışdır ki, XVII–XVIII əsrlərdə Hindistandan Azərbaycana gələn siqh tacirləri və zəvvarları Atəşgah məbədini ziyarət etmiş, burada dini ayinlərini icra etmişlər. Eyni zamanda, siqhizmin banisi Quru Nanakın bölgəyə səfəri və Atəşgahın müxtəlif dövrlərdə fərqli dini icmalar üçün ibadət məkanı kimi fəaliyyət göstərməsi barədə iştirakçılara ətraflı məlumat verilmişdir.
Qonaqların diqqətinə çatdırılmışdır ki, Atəşgah məbədi Azərbaycan xalqının multikulturalizm, dini tolerantlıq və mədəni müxtəliflik ənənələrinin mühüm tarixi nümunələrindən biridir. Bildirilmişdir ki, bu tarixi-memarlıq abidəsi əsrlər boyu müxtəlif xalqlar və dini icmalar arasında qarşılıqlı hörmət və birgəyaşayış dəyərlərinin formalaşmasına töhfə vermişdir.
Səfər çərçivəsində iştirakçılar məbəd kompleksi ilə yaxından tanış olmuş, Azərbaycanın zəngin tarixi-mədəni irsi, tolerantlıq ənənələri və müxtəlif mədəniyyətlər arasında körpü rolunu əks etdirən dəyərləri barədə geniş məlumat əldə etmişlər. Tədbir qonaqlar tərəfindən böyük maraqla qarşılanmış və qarşılıqlı fikir mübadiləsi ilə müşayiət olunmuşdur.








