Ən son tədbirlər
Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər
11/07/2026ABŞ Konqresində Qərbi azərbaycanlıların qayıdış hüququna həsr olunmuş...
25/06/2026İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı tran...
03/06/2026“Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu”
21/05/2026“Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı...
19/05/2026
11/07/2026
Bakı Təşəbbüs Qrupu ilə Burkina-Faso Xarici İşlər Nazirliyinin Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu arasında Anlaşma Memorandumu imzalanmışdır.
11 iyul 2026-cı il tarixində paytaxtımızda Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Burkina-Faso Xarici İşlər Nazirliyinin “Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bu əməkdaşlıq BTQ-nin fəaliyyət coğrafiyasının Afrika istiqamətinə yayılmasında mühüm addım kimi qiymətləndirilib. BTQ əvvəllər müxtəlif ölkələrin siyasi partiyaları və siyasi hərəkatları ilə belə sənədlər imzalayıbsa, bu dəfə bir ölkənin dövlət orqanı ilə əməkdaşlığa başlayıb.
Sənəddə Afrika ölkələrinin aparıcı tədqiqat institutları, beyin mərkəzləri və vətəndaş cəmiyyəti təşkilatları ilə nəticəyönümlü əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də BTQ ilə Qlobal Cənub ölkələri arasında elmi və praktik əlaqələrin gücləndirilməsi və ortaq təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulub.
Əməkdaşlıq çərçivəsində Afrika qitəsində müstəmləkəçiliyin yaratdığı problemlər, neokolonial idarəetmə, təbii resursların istismarı, iqtisadi asılılıq mexanizmləri və reparasiya məsələlərinə dair birgə analitik hesabatların və siyasət sənədlərinin (policy papers) hazırlanması, habelə onların beynəlxalq ictimaiyyətə çatdırılması nəzərdə tutulub. Tərəflər bu istiqamətlər üzrə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi və birgə təşəbbüslərin irəli sürülməsi barədə razılığa gəliblər.
Əməkdaşlıq çərçivəsində dekolonizasiya və neokolonializm mövzularında müntəzəm dialoqların, ortaq tədqiqat layihələrinin və illik beynəlxalq konfransların keçirilməsi də nəzərdə tutulub. Bu təşəbbüslərin Afrika ilə bağlı reallıqların, habelə böyük güclər tərəfindən indiyədək törədilmiş insanlıq əleyhinə cinayətlərin daha geniş tanıdılmasına töhfə verəcəyi qeyd olunub.
Memorandumda Afrika ölkələrində keçirilən tədbirlərdə BTQ ekspertlərinin iştirakı nəzərdə tutulub. Bununla yanaşı, gənc tədqiqatçılar üçün mübadilə və təlim proqramlarının, eləcə də digər akademik fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılıb.